Tehran və Ankara bölgədə qardaşlıq əlaqələrini gücləndirməyə çağırır
İran İslam Respublikası və Türkiyənin xarici işlər nazirləri telefon danışığında qarşılıqlı maraq doğuran məsələlər və regional hadisələri, həmçinin İran prezidentinin Ankaraya səfərini müzakirə ediblər və fikir mübadiləsi aparıblar.
Hüseyn Əmir Abdullahian və Hakan Fidandan telefon danışığı zamanı son günlər regionda baş verən hadisələrə toxunaraq, region ölkələri arasında qardaşlıq əlaqələrinin gücləndirilməsini zəruri hesab ediblər.
İranın diplomatik aparatının rəhbəri İran İslam Respublikası hökumətinin region xalqlarının mənafeyini təmin etmək məqsədilə qonşu ölkələrlə əlaqələri genişləndirmək üçün dəyişməz yanaşmasını vurğulayıbvə deyib: "Region ölkələrinin təhlükəsizliyi bir-birinə bağlıdır və terrorçu qruplara qarşı birgə və qəti mübarizə regionun bütün ölkələrinin ümumi məsuliyyətidir".
Əmir Abdullahian həmçinin İran İslam Respublikası hökumətinin Türkiyə ilə münasibətləri inkişaf etdirməkdə qəti qərarlı olduğunu xatırladıb və ümid edib ki, prezident Rəisinin qısa zamanda Ankaraya səfəri, xüsusilə iqtisadi və ticari ölçüdə əlaqələrin artırılmasında və regional təhlükəsizliyin yaxşılaşdırılmasında təsirli rol oynayacaq.
Türkiyənin xarici işlər naziri də bu telefon söhbətində iki ölkə arasında İqtisadi Əməkdaşlıq Ali Şurasının 8-ci iclasının keçirilməsi üçün ölkəsinin yaxın vaxtlarda İran prezidentini qəbul etməyə hazır olduğunu vurğulayıb.