Avropanın sanksiyaları Türkiyəni hədəfə alır
https://azeri.sahartv.ir/news/türkiyə-i409840-avropanın_sanksiyaları_türkiyəni_hədəfə_alır
Avropa Birliyi Türkiyənin "Southwind Airlines" aviaşirkətinin Avropaya uçuşlarını qadağan edib.
(last modified 2024-03-30T07:31:15+00:00 )
Mart 30, 2024 11:28 Asia/Baku
  • Avropanın sanksiyaları Türkiyəni hədəfə alır

Avropa Birliyi Türkiyənin "Southwind Airlines" aviaşirkətinin Avropaya uçuşlarını qadağan edib.

Türkiyə mediasında yayılan məlumatlara görə qadağaya səbəb kimi aviaşirkətin Rusiya ilə bağlılığı göstərilib.

Belə ki, Finlandiya Aviasiya İdarəsi tərəfindən aparılan araşdırmaya əsasən, sözügedən aviaşirkətə sahibliyi və effektiv nəzarətin əksəriyyəti Türkiyəyə deyil, Rusiyaya aiddir.

Rusiyanın Ukraynaya hücumu ilə bağlı sanksiyaları tənzimləyən qaydalara əsasən, aviaşirkətə Avropada uçuş və eniş qadağan edilib.

Ekspertlər qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları bəhanə edərək Türkiyə şirkətlərinə qarşı təzyiqləri artırmaq planından xəbər verirlər. Beləliklə maliyyə durumu çoxda ürəkaçan olmayan Türkiyə iqtisadiyyatı qərb tərəfindən yeni ziyanlara məruz qala bilər.