Avq 07, 2024 12:11 Asia/Baku
  • Rəsmi Ankaradan işğalçı rejimlə bağlı daha bir addım;

Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulub

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, onun ölkəsi Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayətinə qoşulur.

Ərdoğan by haqda deyib: “Türkiyə parlamentinin hüquq qrupu Fələstin xalqına qarşı soyqırımına son qoymaq məqsədilə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə qoşulur və Türkiyə avqustun 7-də şikayətini bu məhkəməyə təqdim edəcək”.

Türkiyə prezidenti deyib: “Təəssüflər olsun ki, Qərb aktyorları, xüsusən də ABŞ İsrailin və bir ovuc sionistin əsirinə çevriliblər. Belə bir şəraitdə Türkiyə İsrailin Qəzzə zolağındakı barbarlığını dayandırmaq üçün bütün səylərini sərf edəcək”.

Türkiyə prezidenti vurğulayıb ki, İsrailin soyqırım şəbəkəsi qaniçəndir və hansı cinayətləri törətsə də, Türkiyə və türk xalqının fələstinlilərlə həmrəyliyinə mane olmayacaq.

 

Teqlər