Okt 05, 2024 12:11 Asia/Baku
  • Ərdoğan: Açıq deyirəm: İsrail hiyləgər plan icra etməkdədir

Türkiyə prezidenti sionist İsrail rejiminin hiyləgər planından söz açıb.

Rəcəb Təyyib Ərdoğan Adanada "TEKNOFEST 2024" festivalında çıxışı zamanı bəyan edib ki, sadəcə Qəzzə, İordan çayının qərb sahili, Livanla məhdudlaşmayacaq hiyləgər plan icra edilməkdədir. Bu hiyləgər planın hədəfinin hara olduğunu görmək və anlamaq üçün kahin olmağa gərək yoxdur.

Dövlət başçısı bildirib ki, Qərb dövlətləri baş verən qətliamlara baxmayaraq, İsrail rejiminə dəstək verirlər.

Ərdoğan həmçinin qondarma İsrail rejimini BMT-nin baş katibinə “həyasızcasına meydan oxumaqda” ittiham edib

Ərdoğan, “Yəqin ki, dünyanın 196 ölkəsi BMT baş katibini dəstəkləyəcək. Sən kimsən ki, BMT baş katibinin əleyhinə fərman verirsən?”, - deyə o, belə reaksiya verib.

Qeyd edək ki, Antonio Quterreş çərşənbə günü İsrail tərəfindən "persona non-qrata" elan edilib. İsrailin xarici işlər naziri İsrael Katz Quterreşi İranın raket hücumunu açıq şəkildə qınamadığına görə tənqid edib və onu "anti-İsrail baş katib" olmaqda ittiham edib.

 

Teqlər