İran-Türkiyə birgə konsulluq komissiyasının 20-ci iclası keçirilib
İran və Türkiyənin birgə konsulluq komissiyasının 20-ci iclasında iki ölkə arasındakı əməkdaşlıqların gücləndirilməsi vurğulanıb.
İran və Türkiyənin birgə konsulluq komissiyasının 20-ci iclası iki ölkənin Xarici İşlər Nazirliklərinin konsulluq işləri üzrə müavinləri Vəhid Cəlalzadə və Bürhanəddin Dövranın iştirakı ilə keçirilib.
İclasda tərəflər iki ölkə arasında mehriban qonşuluğa və siyasi, iqtisadi və mədəni sahələrdə çox yaxşı və qardaşlıq münasibətlərinə işarə ediblər və konsulluq məsələləri o cümlədən tələbələr və vətəndaşlarla bağlı məsələlər, məhkəmə, hüquq və polis əməkdaşlığının gücləndirilməsi, məhkumların təhvil verilməsi və cinayətkarların ekstradisiyasına dair sazişlərin həyata keçirilməsinin sürətləndirilməsi və asanlaşdırılması, vətəndaşların gediş-gəlişlərinin asanlaşdırılması məsələlərini müzakirə ediblər.
İran və Türkiyənin diplomatları iki ölkə vətəndaşlarının problemlərini həll etmək üçün mütəmadi olaraq hüquqi görüşlərin keçirilməsini vurğulayıblar.