Respublikaçılar Yunanıstanı müttəfiq sayırlar
Rəsmi Ankaranın Trampa olan ümidi özünü doğrultmaya bilər
ABŞ respublikaçıları Yunanıstanı Türkiyədən daha etibarlı müttəfiq hesab edirlər.
Bu məlumata əsasən, ABŞ Konqresinin Nümayəndələr Palatasında bir sıra konqresmenlər Ankaranın yürütdüyü siyasəti tənqid ediblər.
Konqresmen Dina Titus Yunanıstanı ABŞ üçün regionda daha etibarlı və ardıcıl müttəfiq hesab edərək deyib: “Mən Türkiyəni çox etibarlı müttəfiq hesab etmirəm”.
Konqresmen Culi Consen isə “Onlar kiçik uşaqlar kimi davranırlar” deməklə Türkiyə hökumətini təhqir edib.
Bu arada Demokratiyaları Müdafiə Fondunun baş direktoru, yəhudi əsilli Conatan Şenzer ABŞ-ın Türkiyəyə qarşı addım atmamasını yanlış hesab edib.
O, Ərdoğanı demokratik nizama inanmamaqda ittiham edib.
Şenzer keçmişdə Respublikaçı Yəhudi Koalisiyasına bağlı beyin mərkəzində yüksək vəzifədə çalışmışdır.