Sen 17, 2025 17:37 Asia/Baku
  • Ərdoğan: Netanyahu Hitlerin taleyinə düçar olacaq

Türkiyə prezidenti Qətərdən geri dönərkən Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edib. Deyib ki, bu iki ünsür, oxşar ideologiyaya malikdir və Netanyahu Hitlerin taleyinə düçar olacaq.

Fələstin ölkəsinin ərəb ölkələri tərəfindən rəsmən tanınmasını alqışlayan Rəcəb Tayyıp Ərdoğan vurğulayıb ki, bu proses İsrailə qarşı təzyiqi artıracaq.

Ərdoğan islami ölkələr arasında təhlükəsizlik və kəşfiyyat mexanizmlərinin təşkilni istəyib və Qətərdə Həmas heyətinə qarşı hücumu beynəlxalq hüquqların aşkar şəkildə pozulması adlandırıb.

İsrail rejiminə qarşı yüz qırx iki səslə BMT qətnaməsinin qəbul olunmasına işarə edən Ərdoğan bildiribdir ki, bu səs sionist rejimin beynəlxalq səviyyədə təcrid olunduğunu göstərir və ikidövlətli həll yoluna geniş dəstəkdən xəbər verir.

Ərdoğan həmçinin sionizmi dünya üçün bir təhlükə adlandırıb. Vurğulayıb ki, Türkiyə Qətərin və Fələstin xalqının kənarında dayanıb.