Dünya ictimaiyyəti İsrailə qarşı daha qətiyyətli mövqe tutmalıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i421712-dünya_ictimaiyyəti_İsrailə_qarşı_daha_qətiyyətli_mövqe_tutmalıdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada deyib: "İsrail iki dövlətli həll yolunu məhv etməyə çalışır və regionda əmin-amansızlığı və qeyri-sabitliyi gücləndirmək ardıncadır. atəşkəs yaradılmalı və İsrail qüvvələri Qəzzə zolağından çıxmalıdır".
(last modified 2025-09-23T07:20:14+00:00 )
Sen 23, 2025 11:03 Asia/Baku
  • Dünya ictimaiyyəti İsrailə qarşı daha qətiyyətli mövqe tutmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada deyib: "İsrail iki dövlətli həll yolunu məhv etməyə çalışır və regionda əmin-amansızlığı və qeyri-sabitliyi gücləndirmək ardıncadır. atəşkəs yaradılmalı və İsrail qüvvələri Qəzzə zolağından çıxmalıdır".

Nyu-Yorkda BMT-nin Fələstinlə bağlı konfransında çıxış edən Ərdoğan əlavə edib: "Qəzzə zolağında insanların iztirabları artır və hücumlar davam edir. Netanyahu hökuməti Fələstin dövlətinin qurulmasını qeyri-mümkün etməyi hədəfləyir, lakin Fələstin məsələsi qlobal məsələyə çevrilib".

"Netanyahu hökuməti qonşularına qarşı soyqırım törədir və İsrailin zülmünə qarşı durmaq mənəvi məsuliyyətdir. Dünya ictimaiyyəti İsrailə qarşı daha qətiyyətli mövqe tutmalıdır". - deyə Ərdoğan qeyd edib.