Türkiyə Suriyada 2 hərbi baza yaratmaq istəyir
https://azeri.sahartv.ir/news/türkiyə-i269352-türkiyə_suriyada_2_hərbi_baza_yaratmaq_istəyir
Türkiyənin baş nazirinin müavini deyib: Türkiyə Suriyanın şimalında Əl-Bab şəhəri yaxınlığında 2 hərbi baza yaratmaq fikrindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 16, 2017 08:56 Asia/Baku
  • Türkiyə Suriyada 2 hərbi baza yaratmaq istəyir
    Türkiyə Suriyada 2 hərbi baza yaratmaq istəyir

Türkiyənin baş nazirinin müavini deyib: Türkiyə Suriyanın şimalında Əl-Bab şəhəri yaxınlığında 2 hərbi baza yaratmaq fikrindədir.

İSNA-nın verdiyi məlumata görə, Türkiyə baş nazirinin müavini Hürriyət qəzetinə verdiyi müsahibədə deyib: Türkiyə ordusu terrorçu İŞİD qrupunun nəzarətində olan Suriyanın Əl-bab şəhərinini qərbində Cəbəl Əşşeyx Əqil strateji hündürlüklərində 2 hərbi baza yaratmaq niyyətindədir. 

Veysi Qaynak bu bazalarına yaradılmasında məqsədin yerlilərə hərbi təlim keçmək onları silahlandırmaq olduğunu bildirib. 

Suriya rəsmiləri isə bildirirlər ki, Türkiyə terrorizm ilə mübarizə adı altında Suriyadakı terrorçuları maliyələşdirir və onlara hərbi yardımlar edir, yaralı terrorçuları Türkiyənin müalicə mərkəzlərində sağaldır.