Türkiyədə çevriliş başçılarının mühakiməsinə başlanılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i270162-türkiyədə_çevriliş_başçılarının_mühakiməsinə_başlanılıb
Türkiyədə iyul ayında uğursuz dövlət çevrilişinin 220 nəfərdən çox əsas başçılarının işinə baxılması üzrə məhkəməyə start verilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 22, 2017 13:33 Asia/Baku
  • Türkiyədə çevriliş başçılarının mühakiməsinə başlanılıb
    Türkiyədə çevriliş başçılarının mühakiməsinə başlanılıb

Türkiyədə iyul ayında uğursuz dövlət çevrilişinin 220 nəfərdən çox əsas başçılarının işinə baxılması üzrə məhkəməyə start verilib.

FransPress-in verdiyi məlumata görə, Türkiyənin məhkəmə rəsmiləri bu gün 220 nəfər çevriliş başçılarının məhkəməsinə başlayıblar bunların arasında onlarla yüksək retbəli keçmiş generallar da var. 

Şübhəli bilinənlər təhlükəsizlik qüvvələri tərəfindən televiziyaların kameraları qarşısında Ankara şəhərindən kənarda yerləşən həbsxana kompleksinə köçürülüblər. 

Onlarla etirazçı əllərində plakatlar götürərək şübhəlilərə edam hökmünün çıxarılmasını istəyiblər. 

Bu şəxslər arasında 26 general o sıradan Türkiyə ordusunun hava qoşunlarının keçmiş komandanı Akın Öztürk və hakim Ədalət və İnkişaf Partiyasının yüksək səviyyəli üzvü olan Səban Dənizlinin qardaşı Mehmet Dənizli də var. 

Ərdoğanın keçmiş hərbi müşaviri Əli Yazıçı da mühakimə ediləcək şübhəlilər sırasındadır. 

Deyilənlərə görə, bu şəxslərə qarşı ittiham parlament və hökuməti gücdən istifadə yolu ilə devirmək, 250 vətəndaşı qırğın etmək və 2735 mülki vətəndaşı öldürməyə cəhd göstərməkdən ibarətdir. 

Fevral ayında da bu məhkəmədə dövlət çevrilişində şübhəli olan 330 nəfərə höküm verildi. 

Beynəlxalq Amnistiya Təşkilatı bu gün bir hesabat yayaraq  uğursuz dövlət çevrilişindən sonra Türkiyə dövlətinin dövlət işçilərinə qarşı geniş miqyasda və özbaşınalıqla təmizləmə əməliyyatı həyata keçirdiyini bildirib.