Daha 2 HDP-li millət vəkili Türkiyə Parlamentindən qovuldu
May 25, 2017 16:25 Asia/Baku
-
Daha 2 HDP-li millət vəkili Türkiyə Parlamentindən qovuldu
İnformasiya qaynaqları Xalqların Demokratik Partiyasının(HDP) daha iki üzvünün Türkiyə Parlamentindən çıxarılmasından xəbər veriblər.
İRNA-nın məlumatına görə, Şırnakdan millət vəkili seçilmiş Feysəl Sarıyıldız və Vandan millət vəkili seçilmiş Tuba Xəzər Öztürk Türkiyə Konstitusiya Məhkəməsi ilə Məhkəmə Hakimiyyətinin birgə komissiyasının rəyi ilə qanunvericilik məclisindən çıxarılıb.
Bu iki millət vəkilinin barəsində açılmış məhkəmə işi məhkəmə sistemində araşdırılıb və artıq barələrində məhkəmə qərarı çıxarılmalıdır. Feysəl Sarıyıldız və Tuba Xəzər Öztürk PKK-ya dəstək vermək və xalqı hökumət əleyhinə iğtişaşa təhrik etməkdə ittiham edilirlər.