Türkiyədə 4 mindən çox məhkəmə hakimi və prokuror kənarlaşdırılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i270696-türkiyədə_4_mindən_çox_məhkəmə_hakimi_və_prokuror_kənarlaşdırılıb
Türkiyənin ədliyyə naziri ötən il bu ölkədə baş vermiş uğursuz çevrilişlə bağlı 4 mindən çox məhkəmə hakiminin və prokurorun kənarlaşdırılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 26, 2017 15:27 Asia/Baku
  • Türkiyədə 4 mindən çox məhkəmə hakimi və prokuror kənarlaşdırılıb
    Türkiyədə 4 mindən çox məhkəmə hakimi və prokuror kənarlaşdırılıb

Türkiyənin ədliyyə naziri ötən il bu ölkədə baş vermiş uğursuz çevrilişlə bağlı 4 mindən çox məhkəmə hakiminin və prokurorun kənarlaşdırılmasından xəbər verib.

Röyters-in məlumatına görə, Bəkir Bozdağ bu gün Ankarada etdiyi çıxışında deyib ki, məhkəmə aparatı Fəthullah Gülən tərəfdarlarından təmizlənibdir.

Türkiyə, özünün istədiyi sürgün əsasında Amerikada yaşayan Güləni ötən il iyulun ortalarında Türkiyədə baş vermiş çevrilişi planlaşdırmaqda ittihamlandırır, lakin o, çevrilişlə hər cür əlaqəsini təkzib edibdir.

Bu çevrilişlə əlaqədə olmaq ittihamı ilə Türkiyə polisində, məhkəmə aparatında, dövlət sektorunda və özəl sektorunda 100 mindən çox insan ya işindən kənarlaşdırılıb, ya da ki, işi dayandırılıbdır.

Türkiyədə geniş miqyasda təmizləmələr və ixraclar Qərb ölkələrinin, eləcə də insan haqları qruplarının hiddətinə səbəb olubdur.