Ankarada bütün növ aksiyalara qadağa qoyuldu
https://azeri.sahartv.ir/news/türkiyə-i270740-ankarada_bütün_növ_aksiyalara_qadağa_qoyuldu
Ankara valiliyi bir bildiriş yayaraq, paytaxtda istənilən növ aksiya və piketin keçirilməsinin qadağan edildidyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2017 04:54 Asia/Baku
  • Ankarada bütün növ aksiyalara qadağa qoyuldu
    Ankarada bütün növ aksiyalara qadağa qoyuldu

Ankara valiliyi bir bildiriş yayaraq, paytaxtda istənilən növ aksiya və piketin keçirilməsinin qadağan edildidyini bildirib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, bu bildirişə görə, bu qərar sərbəst toplaşmaq azadlığı ilə bağlı qanunlar əsasında çıxarılıb. 

Ankara valiliyi həmçinin bildirib ki, bu kimi aksiyaların keçirilməsi ictimai asayişin və təhlükəsizliyin pozulmasına səbəb olduğu və  terrorçuların bu kimi aksiyalardan terror aktları törətmək üçün istifadə etdikləri və bu kimi hallarda təhlükəsizlik qüvvələrinin vəziyyətə müdaxiləsinin çətinləşməsini nəzərə alaraq, belə bir qərar qəbul edilib. 

Ankara valiliyi qanun pozuntusuna yol verənlər ilə qanun çərçivəsində rəftar ediləcəyini bildirib.