Türkiyə qırıcıları PKK terrorçularına havadan zərbələr endirdi
https://azeri.sahartv.ir/news/türkiyə-i270854-türkiyə_qırıcıları_pkk_terrorçularına_havadan_zərbələr_endirdi
Türkiyə Hava Qüvvələrinin PKK terrorçularının sığınacağına olan hücumları zamanı 10 terrorçunun öldüyü bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 28, 2017 06:43 Asia/Baku
  • Türkiyə qırıcıları PKK terrorçularına havadan zərbələr endirdi
    Türkiyə qırıcıları PKK terrorçularına havadan zərbələr endirdi

Türkiyə Hava Qüvvələrinin PKK terrorçularının sığınacağına olan hücumları zamanı 10 terrorçunun öldüyü bildirilir.

TRT telekanalının verdiyi məlumata görə, Van valiliyi bildirib ki, şənbə günü axşam saatlarında Türkiyə ordusu Hava Qüvvələrinin F-16 qırıcı təyyarələri bu vilayətin Körüklü məntəqəsində PKK terrorçularına ağır zərbələr endirib. Nəticədə 10 silahlı ölüb. 

Bu məlumata görə, terrorçuların toplaşdığı məkanın kordinatları pilotsuz uçan aparat(PUA) vasitəsi ilə müəyyən edilib. 

2015-ci ilin iyul ayında Türkiyə dövləti ilə PKK arasındakı atəşkəs pozuldu. O zamandan bəri Türkiyənin cənub-şərqi ordu qüvvələri ilə PKK yaraqlıları arasında toqquşmaların şahididir.