Türkiyədə fövqəladə durumun davam etməsinə etiraz
May 30, 2017 07:45 Asia/Baku
-
Türkiyədə fövqəladə durumun davam etməsinə etiraz
Türkiyəli aksiyaçılar bu ölkədə fövqəladə durumun ləğv edilməsini istəyiblər.
Əlaləm telekanalının məlumatına görə, Türkiyə hökumətilə müxalifətdə olanlar bu gün bu ölkənin paytaxtı Ankarada aksiya keçirərək, vurğulayıblar ki, Türkiyədə fövqəladə durumun davam etməsi qanunsuzdur və ləğv olunmalıdır.
Aksiyaçılar əlavə ediblər: Fövqəladə durumun davam etməsi Türkiyənin maraqlarına ziyan vurur, zira bu ölkə hökuməti ondan müxalifləri yatırmaq üçün bir bəhanə kimi istifadə edir.
Türkiyədə fövqəladə vəziyyət 2016-cı ilin 15 iyununda bu ölkədə uğursuz dövlət çevrilişindən sonra bərqərar olundu ki, bu da 249 nəfərin ölməsi və 2200 nəfərin yaralanması ilə nəticələndi. Bu vəziyyət o zamandan bəri hər üç aydan bir uzadılıbdır.
Teqlər