Türkiyə xəbərdarlıq etdi
Türkiyə prezidenti Fətulla Gülən qrupunun axtarışda olan üzvlərini Ankaraya təhvil verməkdən çəkinən ölkələri yaxın gələcəkdə qarşılığı ilə hədələyib.
İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı günü parlamentdə Ədalət və İnkişaf partiyasının iclasında üzünü Gülən hərəkatını dəstəkləyən ölkələrə tutaraq xəbərdarlıq edib: Bu hərəkatı dəstəkləyən ölkələr axtarışda olan üzvləri Türkiyəyə təhvil verməlidirlər. Belə olmadığı halda onlara zərərinə qurtaracaq.
Türkiyə prezidentinin bu açıqlaması ilə yanaşı qeyd edək ki, o son vaxtlar ABŞ prezidenti Donald Trampla telefon söhbətində Fətulla Gülənin Türkiyəyə ekstradisiyasını istəmişdi. Lakin Vaşinqton bu müraciətə yox deyib.
Türkiyə hökuməti Fətulla Gülən və onun tərəfdarlarını dövlət qurumlarında nüfuz etmək, paralel dövlət qurmaq və 15 iyul uğursuz dövlət çevrilişini proqramlaşdırmaqda suçlayır.
Fətulla Gülən dəfələrlə Türkiyə hökumətinin ittihamlarını rədd edərək bu ittihamların araşdırılması üçün beynəlxalq komitənin təşkil edilməsini istəyib.