Türkiyənin ABŞ silahları ilə bağlı nigaranlığı
Siyasi məsələlər üzrə ekspert deyib: Türkiyə Suriya kürd qruplarının ABŞ silahları ilə təchiz olunmasından buna görə nigarandır ki, bu silahlar qarşıdurmalar bitdikdən sonra onların əllərində qalacaqdır.
Press TV-nin məlumatına görə, Cim Din bu televiziya ilə müsahibədə deyib: Kürd qüvvələrin İŞİD terror qruplaşması ilə mübarizə aparmaları üçün ağır silahlara ehtiyacı vardır və öz qüvvələrinə yüngül silah verə bilməz və onları bu qrupla savaşa göndərə bilməzlər. Çünki belə olduğu halda ağır məğlubiyyətlə üzləşəcək və onların əhval-ruhiyyəsinə güclü zərbə dəyəcəkdir.
O əlavə edib: Türkiyəni nigaran edən məsələ isə amerikalıların bu qruplara tank əleyhinə silahlar və raketlər verməsi və onlara bu vasitələrdən istifadə metodunun öyrədilməsidir. Buna görə, Türkiyənin qənaətincə, bu silahların mövcudluğu və onlardan istifadə potensialı bu ölkənin təhlükəsizliyini təhlükəyə atacaq.