İstanbulda anti-sionist aksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i271304-İstanbulda_anti_sionist_aksiya
İstanbul sakinləri sionist rejimə qarşı geniş etiraz aksiyası keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2017 04:27 Asia/Baku
  • İstanbulda anti-sionist aksiya
    İstanbulda anti-sionist aksiya

İstanbul sakinləri sionist rejimə qarşı geniş etiraz aksiyası keçiriblər.

İRİB-in verdiyi məlumata görə, Türkiyənin İstanbul şəhərində minlərlə əhali dünən İsrail rejiminin Mavi Mərmərə gəmisinə hücumunun 7-ci ildönümü günündə keçirdiyi aksiyada "İsrailə ölüm" şüarları səsləndirib. 

İstanbulda aksiyaçılar sionist rejimin bu hadisədə törətdiyi cinayətin heç vaxt unudulmayacağını, Türkiyə xalqının həmişə məzlum Fələstin xalqına arxa duracağını bildiriblər. 

Türkiyənin Mavi Mərmərə gəmisi 2010-cu ildə yüzlərlə beynəlxalq hüquq müdafiəçisini daşıyaraq azad sular yolu ilə Qəzzəyə qarşı mühasirəni yarmağa səy göstərdi ancaq sionist rejim bu gəmiyə hücum etdi. 

Sionistlərin Mavi Mərmərə gəmisinə qarşı hücumu 9 türk hüquq müdafiəçisinin ölümü ilə nəticələndi və bu da Türkiyə-İsrail əlaqələrinin gərginləşməsinə səbəb oldu, amma nəhayət iki tərəf xalq etirazlarına rəğmən əlaqələri yenidən bərpa etdilər.