Türkiyə Milli Təhlükəsizlik Şurası Amerikanın qərarına reaksiya verib
https://azeri.sahartv.ir/news/türkiyə-i271348-türkiyə_milli_təhlükəsizlik_Şurası_amerikanın_qərarına_reaksiya_verib
Türkiyə Milli Təhlükəsizlik Şurası Amerika dövlətinin Suriya kürdlərini silahlandırmaq qərarını Vaşinqton-Ankara dostluğu və koalisiyasına zidd hərəkət adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2017 10:53 Asia/Baku
  • Türkiyə Milli Təhlükəsizlik Şurası Amerikanın qərarına reaksiya verib
    Türkiyə Milli Təhlükəsizlik Şurası Amerikanın qərarına reaksiya verib

Türkiyə Milli Təhlükəsizlik Şurası Amerika dövlətinin Suriya kürdlərini silahlandırmaq qərarını Vaşinqton-Ankara dostluğu və koalisiyasına zidd hərəkət adlandırıb.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Türkiyə Milli Təhlükəsizlik Şurası prezident Rəcəb Təyyib Ərdoğanın başçılığı ilə keçirdiyi iclasda bildirib ki, ABŞ dövlətinin Suriyada kürdləri YPG-ni silahlandırmaq qərarı iki ölkə arasındakı dostluq münasibətləri və koalisiyaya uyğun hərəkət deyil. 

Türkiyə Milli Təhlükəsizlik Şurası bildirib: Vaşinqton Ankaranın kürdlərin silahlandırılması barədə proqnozlarını görməməzliyə vurdu. 

Amerika Suriya kürdlərinə Ərriqə şəhərini ələ keçirmələri üçün yardım məqsədi ilə silah verməyə başladığını bildirib.