Türkiyə qırıcıları PKK-nın nmövqelərini vurdu
İyun 05, 2017 07:32 Asia/Baku
-
Türkiyə qırıcıları PKK-nın nmövqelərini vurdu
İraq KİV Türkiyə qırıcı təyyarələrinin İraqın Ərbil vilayətinin şimalında Sidkan bölgəsində PKK üzvlərinin mövqelərinə hücum etdiyini bildirib.
İraqın Va Xəbər Agentliyinin məlumatına görə, Türkiyə qırıcı təyyarələri Türkiyə, İran və İraqın sərhəd üçbucağında Sidkan sərhəd bölgəsində Lilkan, Bəlistan və Kurşir məntəqələrində PKK üzvlərinin mövqelərinə hücum ediblər.
Bu hücumun ehtimal olunan tələfatı haqda məlumat verilməyib.
Türkiyə ilə PKK arasında atəşkəs 2015-ci il iyulda iki tərəf arasında ixtilafların artması ardınca ləğv olundu.
1984-cü ildə Türkiyənin cənub-şərq bölgələrində başlanan münaqişədə indiyə qədər əksəriyyətini kürdlər təşkil edən 40 mindən çox nəfər həlak olub.
Teqlər