Yeni Akit qəzeti: Ərəbistan kralı "fitnəkarların böyüyü"dür
https://azeri.sahartv.ir/news/türkiyə-i272234-yeni_akit_qəzeti_Ərəbistan_kralı_fitnəkarların_böyüyü_dür
Türkiyədə çıxan "Yeni Akit" qəzeti Ərəbistan kralı Salman bin Əbdüləzizi "fitnəkarların böyüyü" adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 08:09 Asia/Baku
  • Ərəbistan kralı Salman bin Əbdüləziz
    Ərəbistan kralı Salman bin Əbdüləziz

Türkiyədə çıxan "Yeni Akit" qəzeti Ərəbistan kralı Salman bin Əbdüləzizi "fitnəkarların böyüyü" adlandırıb.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə medialarının Qətər ilə diplomatik əlaqələri kəsən ölkələrə qarşı reaksiyaları davam edir. 

Yeni Akit qəzeti bir yazıda Qətər ilə diplomatik əlaqələri kəsən ölkələri "Böyük Şeytanın Kuklaları" və Ərəbistan kralı Salman bin Əbdüləzizi "fitnəkarların böyüyü" adlandırıb. Bu qəzet həmçinin, Misir prezidenti Əbdülfəttah Əssisini "çevrilişçi" adlandırıb. 

Yeni Akit qəzeti Misir hökumətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsini "alçaq hərəkət" adlandırıb. 

Ərəbistan, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Dohanı Fələstin İslami Müqavimət Hərəkatı "Həmas"ı və Müsəlman Qardaşları hərəkatını himayə etməkdə ittiham edərək, Qətər ilə diplomatik əlaqələrini kəsiblər.