Türkiyə Qətəri dəstəkləyəcəyini vurğuladı
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti bildirib: Səudiyyə Ərəbistanı və müttəfiqlərinin qətərlə diplomatik əlaqələrini dayandırmasına baxmayaraq, Türkiyə Qətərə dəstəyini davam etdirəcək.
Fransa İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan İstanbulda etdiyi çıxışında deyib: Qətərin bu günə qədər terrorizmi dəstəklədiyini müşahidə etməmişik.
Türkiyə prezidenti Qətər əleyhinə mühasirənin tam ləğvini istəyib və Ərəbistanı regionda müsbət əlaqələri təşviq etmək üçün öz rəhbərliyini göstərməyə çağırıb.
Türkiyə prezidenti həmçinin bu ölkə qüvvələrinin Qətərdə bazada yerləşdirilməsini nəzərdə tutan qanunu parlamentdə təsdiqlətdirmişdir. Bu hərəkət rəsmi Dohaya dəstək mənasında hesab olunur.
Səudiyyə Ərəbistanı Qətərlə quru, dəniz və hava yollarının hamısını bağlayaraq, Qətər vətəndaşlarının Ərəbistan ərazisindən keçməsini qadağan elan edib.
Bəhreyn də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Qətərlə hava və dəniz yollarını bağlayaraq qətərli diplomatları ölkədən çıxarıb.