Türkiyənin hərbi heyəti Qətərə getdi
https://azeri.sahartv.ir/news/türkiyə-i272928-türkiyənin_hərbi_heyəti_qətərə_getdi
Türkiyə ordusunun bir heyəti bu ölkə qüvvələrinin yerləşdirilməsi üzrə hərbi bazanın yaradılması məqsədilə Qətərə səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2017 05:26 Asia/Baku
  • Türkiyənin hərbi heyəti Qətərə getdi

Türkiyə ordusunun bir heyəti bu ölkə qüvvələrinin yerləşdirilməsi üzrə hərbi bazanın yaradılması məqsədilə Qətərə səfər edib.

İRİB-in məlumatına görə, Türkiyə ordusu çərşənbə axşamı günü bir bəyanatda bildirib: Üç nəfərlik bir heyət bazar ertəsi günündən Qətərdə səfərdədir. 

Türkiyə parlamenti 7 iyunda Türkiyə hərbçilərinin Qətər ərazisində yerləşdirilməsi üzrə iki ölkə arasında 2016-cı ildə imzalanan müqaviləni ratifikasiya edib. 

Ankara bu qanun çərçivəsində Qətərə 5 min hərbçi ezam edə bilər. 

Türkiyə bu addımı Qətərlə Səudiyyə Ərəbistanı və bir neçə ərəb ölkəsi arasında yaranan diplomatik böhranla eyni zamanda atılır. 

Ankara bu diplomatik böhranda Qətərin yanında durub.