Ərdoğan Ərəbistanın Qətər əleyhinə boykota son qoymasını vurğulayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Qətər əleyhinə boykota son qoymasını istəyib.
İRİB-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri tərəfindən Qətərin boykotu məsələsinə toxunaraq deyib: Bir ölkə vətəndaşlarını ərzaq maddələrindən tutmuş, ticarət və ibadətə qədər boykot etmək heç bir vəchlə humanist və islami hərəkət deyildir.
O əlavə edib: Qətər olayları və bu ölkə və vətəndaşlarına qarşı hərəkətlər, hərəkətlərin yanlış olduğunu göstərir.
Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir, Şərqi Liviya dövləti, Maldiv adaları, Yəmənin fərari və istefa vermiş prezidenti və Mavritaniya ilə birlikdə Qətərlə diplomatik əlaqələrini dayandırıblar.