Türkiyədən Səudiyyə Ərəbistanına çağırış
İyun 15, 2017 05:15 Asia/Baku
-
Türkiyədən Səudiyyə Ərəbistanına çağırış
Türkiyə Prezident Aparatının sözçüsü deyib: Səudiyyə Ərəbitanı Qətərlə böhranı həll edə bilər.
Trend xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Kalın dünən deyib: Rəsmi Ankara Fars Körfəzi hövzəsində yaranmış böhranın həlli üçün vasitələr axtarmaqdadır.
Kalın deyib ki, Türkiyə Prezidenti Fars körfəzinin ərəb ölkələri arasında yaranmış böhranı həll etmək üçün ABŞ prezidenti ilə telefon əlaqəsi yaratmaq niyyətindədir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu məqsədlə dünən Qətərə səfər etdi.
Teqlər