Ankarada aksiya
https://azeri.sahartv.ir/news/türkiyə-i273060-ankarada_aksiya
Bu gün Ankarada bir CHP üzvü və deputata həbs cəzası verilməsinə etiraz olaraq aksiya keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2017 09:50 Asia/Baku
  • Ankarada aksiya
    Ankarada aksiya

Bu gün Ankarada bir CHP üzvü və deputata həbs cəzası verilməsinə etiraz olaraq aksiya keçirilib.

İRNA-nın verdiyi məlumata görə, CHP-nin lideri Kamal Kılıçdaroğlu da aksiyada iştirak edib. 

Nümayişçilər CHP üzvü və deputat Enis Berberoğlunun azadlığa buraxılmasını istəyiblər. 

Enis Berberoğluna həbs cəsasına etiraz əlaməti olaraq dünən Türkiyə parlamentinin CHP-dən olan deputatları da parlamentin iclasını tərk etmişdilər. 

Berberoğlu Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı(MİT) tərəfindən hərbi yüklərin Suriyadakı yaraqlılara göndərilməsi barədə gizli məlumatları yaymaq ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.