Ərdoğan: İransız mümkün deyil
İyun 17, 2017 08:53 Asia/Baku
-
Rəcəb Təyyib Ərdoğan
Türkiyə prezidenti İran İslam Respublikasının Orta şərq regionunda önəmli və təsirli ölkə olduğunu bildirərək deyib: Regiondkı böhranları İranın iştirakı olmadan həll etmək mümkünsüzdür.
İRNA-nın verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən Portoqaliyanın RTP telekanalına verdiyi müsahibəsində deyib: Heç şübhəsiz ki İranın iştirakı olmadan böhranları həll etmək mümkün deyil və regional böhranların həlli çərçivəsində İranın iştirakı çox faydalıdır.
Ərdoğan deyib: İranın iştirakı ilə Suriya və İraq böhranlarının həlli mümkündür.
Türkiyə prezidenti Türkiyə və İran arasında bəzi ixtilaflara toxunaraq deyib: Tehran və Ankara müzakirə yolu ilə ixtilafları həll edə və regional böhranlar üçün həll yolu tapa bilərlər.