Türkiyənin qərbində yüzlərlə hərbçi zəhərlənib
-
Türkiyənin qərbində yüzlərlə hərbçi zəhərlənib
Türkiyənin qərbində yerləşən Manisa şəhərində bu ölkə hərbçilərindən 530 nəfər zəhərli yemək yediyinə görə zəhərlənərək, müalicə mərkəzlərinə köçürülübdür.
IRNA-nın məlumatına görə, bu hərbçilər Manisa şəhərində yerləşən Türkiyə ordusunun piyad qoşunlarının təlim bölməsinin üzvləridirlər. Onlar şənbə günü gecə şam yeməyindən sonra zəhərlənərək, müalicə mərkəzlərinə köçürülüblər.
Manisa şəhəri əhalisinin Türkiyə parlamentindəki nümayəndəsi Səlcuq Özdağ bu hərbçilərin zəhərlənmələri xəbərini verərək, deyib: Bu hərbçilərin vəziyyətinə nəzarət üçün təlim qarnizonu daxilində yardım çadırları qurulub və onların müalicəsi başlanıbdır.
Türkiyənin milli müdafiə naziri Fikri İşık və Manisa valisi Berk Mersinli də bu hərbçilərin zəhərlənmələrinin ardınca onların yerləşdikləri qarnizona baş çəkiblər.
Son iki ayda Türkiyə hərbçilərinin qida zəhərlənmələri üzrə dördüncü hal olan bu hadisə Türkiyənin hərbi rəsmilərinin nigarançılığına səbəb olubdur.