Ərdoğan xəbərdarlıq etdi
İyun 26, 2017 05:32 Asia/Baku
-
Rəcəb Təyyib Ərdoğan
Türkiyə prezidenti İraq və Suriya ərazisindən Türkiyəyə qarşı hər hansı ehtimal olunan hücuma dair xəbərdarlıq edib.
Rəcəb Tayyib Ərdoğan dünən İstanbulda AKP tərəfdarları toplusunda Fitr bayramı münasibəti ilə etdiyi çıxışında deyib: Türkiyə sərhədləri daxilində və xaricində terrorçularla savaşacağıq və Türkiyə ordusu hər hansı təhdidə möhkəm cavab verəcək.
Türkiyə prezidenti deyib: Ankara terrorizm ilə mübarizə edəcək və öz inkişafı və tərəqqisi qarşısında duran bütün maneələri aradan qaldıracaq.
Türkiyənin terrorizmə qarşı strategiyası ikilidir və İŞİD kimi terrorçu qruplara Suriya və İraq xalqlarına qarşı qırğınlarına maliyyə və hərbi dəstək sahəsində əsas rola malik olub.
Teqlər