HDP CHP-nin etiraz aksiyasına qatılır
https://azeri.sahartv.ir/news/türkiyə-i274308-hdp_chp_nin_etiraz_aksiyasına_qatılır
Türkiyənin Xalqların Demokratik Partiyası(HDP) ölkədəki mövcud duruma qarşı etiraz üçün Cümhuriyyət Xalq Partiyasının(CHP) lideri Kamal Kılıçdaroğlunun çağırdığı aksiyaya qatılacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2017 15:52 Asia/Baku
  • HDP CHP-nin etiraz aksiyasına qatılır
    HDP CHP-nin etiraz aksiyasına qatılır

Türkiyənin Xalqların Demokratik Partiyası(HDP) ölkədəki mövcud duruma qarşı etiraz üçün Cümhuriyyət Xalq Partiyasının(CHP) lideri Kamal Kılıçdaroğlunun çağırdığı aksiyaya qatılacağını bildirib.

İRNA-nın verdiyi məlumata görə, HDP bildirib ki, bu partiyanın mərkəzi şurasının qərarına əsasən HDP və onun himayədarları son həbslərə və millət vəkillərinə qarşı məhkəmə hökmlərinə qarşı etiraz üçün CHP tərəfindən və bu partiyanın lideri Kamal Kılıçdaroğlunun çağırışı əsasında Ankaradan İstanbuladək start verilən Ədaləti qoruma adlı yürüşə qatılacaqlar. 

Türkiyə mediasının məlumatına görə, HDP üzvləri CHP-çilər karvanını Bulu vilayətindən İstanbul şəhərinədək müşayiət edəcəklər. 

10 gündür Türkiyənin hakim partiyası və dövlətinin müxaliflərindən ibarət yüzlərlə adam ölkə paytaxtında piket keçirərək Ankaradan İstanbula 450 kilometrlik məsafəni yürüş keçirməyə başlayıb. 

Etirazçılar üzərində Ədalət və Azadlıq sözləri yazılmış plakatlar daşıyaraq deyilən istiqaməti piyada yürüyəcəklər. 

Bu aksiyanı CHP lideri Kamal Kılıçdaroğlu təşkil edib və özü də bu aksiyada iştirak edir. 

Deyilənlərə görə aksiya Türkiyə parlamentinin HDP-dən olan üzvü Ənis Bərbəroğluna çıxarılan 25 il müddətinə həbs cəzasına etiraz əlaməti olaraq keçirilir.