Türkiyə YPG-nin Suriyadakı mövqelərini artilleriya atəşinə tutub
Türkiyə ordusunun artilleriyası “kürd xalq müdafiə qüvvələri” adlandırılan qrupun- YPG-nin Suriyanın Afrin məntəqəsindəki mövqelərinə hücum edib.
IRNA-nın məlumatına görə, Türkiyənin hərbi mənbələri bildiriblər ki, “kürd xalq müdafiə qüvvələri” adlandırılan qrupun- YPG-nin Suriyanın Afrin məntəqəsindəki mövqelərinə hücum onların çərşənbə axşamı günü gecə türk qüvvələrə qarşı atəşlərinə cavab olaraq həyata keçirilib.
Türkiyənin hərbi mənbələri bildiriblər ki, YPG qüvvələri çərşənbə axşamı günü gecə bu ölkə ərazisində yerləşən türk qüvvələrə hücum ediblər və bu hücumların davam edəcəyi zamanadək Türkiyə də cavab zərbələri endirəcəkdir.
Suriya ilə təqribən min kilometrlik bir sərhədə malik olan Türkiyə Amerika daxil olmaqla xarici ölkələrin Suriyada yerləşən kürd qruplarına hərbi dəstək vermələrindən nigarandır. Ankara deyir ki, İŞİD terrorçuları ilə vuruşmaqda olan Suriyadakı kürd qruplarına göndərilən silahların bir hissəsi PKK daxil olmaqla Türkiyə ilə müxalif olan kürd qruplarının ixtiyarına keçibdir.