Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i274584-Ərdoğan_abŞ_a_xəbərdarlıq_etdi
Türkiyə prezidenti ABŞ-ın Suriya kürdləri ilə hərbi əməkdaşlığını tənqid edərək suriyalı kürdlərin ən kiçik təhdidi qarşısında hərbi əməliyyat keçirməyə hazır olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 29, 2017 04:16 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti ABŞ-ın Suriya kürdləri ilə hərbi əməkdaşlığını tənqid edərək suriyalı kürdlərin ən kiçik təhdidi qarşısında hərbi əməliyyat keçirməyə hazır olduğunu bildirib.

TRT-nin məlumatına görə, Şanlı Urfa vilayətində Harran şəhərində suriyalı miqrantların düşərgəsi ilə yaxından tanış olan Rəcəb Tayyib Ərdoğan deyib: Suriyanın şimalında kürd muxtariyyətinin təşkil olunmasına icazə verməyəcəyik. 

Türkiyə prezidenti ABŞ-ın PYD və YPG kimi silahlı kürd qrupları ilə əməkdaşlığından təəssüflənərək bildirib: Əgər bu vəziyyət sərhədlərimizə təhdid olarsa, Fərat Qalxanı əməliyyatını yenidən başlayacağıq və əvvəllərdə dediyimiz kimi, Mənbic və Riqqəni terror qruplarından təmizləməyə hazırıq. 

Türkiyənin qənaətincə, ABŞ-ın ,Suriya kürd qruplarına göndərdiyi silahların bir hissəsi PKK-ya verilir.