Ankaradan İstanbula 450 kilometrlik yürüş davam edir
Türkiyə dövləti müxaliflərinin bu dövlətə qarşı “Ədalət” adlı Ankaradan İstanbula 450 kilometrlik yürüş davam edir.
Kamal Kılıçdaroğlunun rəhbərliyi altında olan CHP tərəfindən təşkil olunmuş bu yürüş dünən də 14-cü gün olaraq keçirilibdir.
Kamal Kılıçdaroğlu bu yürüşdəki çıxışında deyib ki, yürüş geniş dəstək ilə üzləşibdir və hər gün daha geniş miqyas alacaqdır.
Kılıçdaroğlu Anis Bərbəroğlunun azad edilməsi daxil olmaqla bu yürüşün öz hədəflərinə çatmasına təkid edib.
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının rəhbəri olan 68 jaşlı Kamal Kılıçdaroğlu casusluq ittihamı ilə 25 il həbsə məhkum edilmiş Anis Bərbəroğlunun həbs olunmasına etiraz edənlərin bir qrupu ilə yanaşı iyunun 17-dən öz yürüşünə başlayıbdır.
Bərbəroğlu Türkiyə milli kəşfiyyat təşkilatına aid olan yük maşınlarının Suriya istiqamətinə sursat daşıdıqlarını göstərən videoçarxı Cümhuriyyət qəzetinə təqdim etməkdə ittiham olunubdur.
Bərbəroğlu dövlətin repressiya siyasəti tətbiq etməsinin ardınca həbs olunmuş Cümhuriyyət Xalq Partiyasının parlamentdəki ilk nümayəndəsidir.