Qətərin müdafiə naziri Türkiyə prezidentilə görüşüb
https://azeri.sahartv.ir/news/türkiyə-i274848-qətərin_müdafiə_naziri_türkiyə_prezidentilə_görüşüb
Qətərin müdafiə naziri Xalid bin Muhəmməd Ələtiyyə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2017 15:14 Asia/Baku
  • Xalid bin Muhəmməd Ələtiyyə -Rəcəb Tayyıp Ərdoğan
    Xalid bin Muhəmməd Ələtiyyə -Rəcəb Tayyıp Ərdoğan

Qətərin müdafiə naziri Xalid bin Muhəmməd Ələtiyyə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanla görüşüb.

Bu görüş elə bir halda keçirilibdir ki, dörd mühüm ərəb ölkəsi Qətərlə əlaqəsini kəsib və bu ölkəni mühasirə və sanksiyalara məruz qoyubdur. Onlar Qətərlə əlaqələrin yenidən bərqərarı üçün on üç tələb irəli sürüblər. Bu tələblərdən biri, Türkiyənin Qətərdəki hərbi bazasının bağlanmasıdır. Amma Türkiyə buna israr etməkdə davam edir ki, Qətərdəki bazasını qoruyub saxlasın. Bu ölkələr Qətəri terrorizmə dəstək verməkdə suçlayırlar. Ərdoğan bu dörd ölkənin Qətərdən Türkiyənin bu ölkə ərazisindəki hərbi iştirakına son qoymasını istəməsini rədd edib və onu hörmətsizlik adlandırıb. O, vurğulayıbdır ki, Qətər həmkarlıq və öz müdafiə müqavilələri üçün başqalarından icazə almır. Türkiyə vurğulayır ki, bu ölkə qüvvələrinin Qətərdə yerləşdirilməsi regionun təhlükəsizliyini gücləndimək məqsədini güdür və heç bir xas ölkəyə qarşı yönəlməyibdir.