Türkiyə rəsmisi: ABŞ-ın rəftarı Suriya böhranının daha da mürəkkəbləşməsinə bais olub
-
Numan Kurtulmuş
Türkiyə baş nazirinin müavini Amerikanın müdaxilə mahiyyətli siyasətinin Suriya böhranının daha da mürəkkəbləşməsinə bais olduğunu bildirib.
Anadolu xəbər agentliyinin məlumatına görə, Numan Kurtulmuş bu Ankarada vurğulayıb: Amerika dövləti tərəfindən ötən aylarda YPG və PYD adlı iki kürd qrupuna silahların göndərilməsi Amerika ilə Türkiyə arasında gərginliyin yaranmasına səbəb olub və iki ölkə əlaqələrini böhrana doğru sürükləyibdir.
O, iddia edibdir ki, Türkiyə Suriyada daxili müharibə başlayandan bəri bu ölkənin ərazi bütövlüyünü qoruyubdur.
Türkiyə baş nazirinin müavini söyləyib: Amerikanın regiona müdaxiləsi və terror qruplarına dəstək verməsi Suriyanın daha da əmin-amansız olmasına bais olubdur.
O, əlavə edib: Ankara üçün PKK, YPG və PYD-nin bir-birindən heç bir fərqi yoxdur.
Numan Kurtulmuşun bu sözləri elə bir halda söylənibdir ki, Türkiyənin terrorizm qarşısındakı strategiyası ikilidir və bu ölkə İraq və Suriyadakı terror qruplarının himayəsilə həmin iki ölkənin xalqlarının qırğın edilmələrində mühüm rol oynayır və hətta İŞİD yaralılarını öz xəstəxanalarında müalicə edibdir.