Türkiyə xalqının izzəti və iqtidarı İslam Ümmətinin izzəti və iftixarıdır
https://azeri.sahartv.ir/news/türkiyə-i275082-türkiyə_xalqının_izzəti_və_iqtidarı_İslam_Ümmətinin_izzəti_və_iftixarıdır
İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi bazar ertəsi günü Dürkiyənin Dəyanət İşləri Təşkilatının sədri Məhəmməd Görməz ilə görüşdə deyib: Türkiyə xalqının izzəti və iqtidarı İslam Ümmətinin izzəti və iftixarıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2017 04:01 Asia/Baku
  • Türkiyə xalqının izzəti və iqtidarı İslam Ümmətinin izzəti və iftixarıdır
    Türkiyə xalqının izzəti və iqtidarı İslam Ümmətinin izzəti və iftixarıdır

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi bazar ertəsi günü Dürkiyənin Dəyanət İşləri Təşkilatının sədri Məhəmməd Görməz ilə görüşdə deyib: Türkiyə xalqının izzəti və iqtidarı İslam Ümmətinin izzəti və iftixarıdır.

İRNA-nın məlumatına görə, Ayətullah Möhsün Əraki bu görüşdə həmçinin, müsəlmanlar arasında birlik və həmrəyliyin qorunması və möhkəmləndirilməsinə təkid edərək, deyib: Müsəlmanlar arasında sözün əsl mənasında vəhdətin yaradılması üçün İslam Ümməti arasında birlik və həmrəyliyə ehtiyac var. 

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi heç bir şəri vəzifənin müsəlmanlar arasında birlik və həmrəylikdən daha vacib olmadığını vurğulayaraq, Türkiyəyə olan səfəri və bu ölkənin dini şəxsiyyətləri ilə görüşünün İslam Ümməti arasında birlik və həmrəyliyin artırılmasına kömək edə biləcəyinə ümidvar olduğunu deyib. 

Türkiyənin Dəyanət İşləri Təşkilatının sədri Məhəmməd Görməz də bu görüşdə artıq 200 ilə yaxındır ki, dünyada "İslamsız Dünya" siyasətinin yürüdüldüyünə işarə edərək, deyib: bəzi ölkələr haqq və ədalətin olmadığı bir İslam ardıncadırlar.