Ayətullah Əraki: Müsəlmanlar İslam İctimaiyyətinin mentalitetinə diqqət göstərməlidirlər
-
Ayətullah Əraki: Müsəlmanlar İslam İctimaiyyətinin mentalitetinə diqqət göstərməlidirlər
İslam Məzhəblərini Yaxnlaşdırma Assambleyasının baş katibi müsəlmanların İslam İctimaiyyətinin mentalitetinə diqqət göstərməli olduqlarını vurğulayıb.
Ankarada səfərdə olan Ayətullah Möhsün Əraki İslam İctimaiyyətinin özünəməxsus bir mentalitetə malik olduğunu bildirib və deyib: İslam İctimaiyyətinin mentaliteti İslam Peyğəmbərinin(ə) yolu və göstərişlərinə itaət üzərində formalaşmış olarsa, o zaman İslam Ümməti birlik və vəhdətə malik olar.
Ayətullah Əraki əlavə edib: İslam Ümməti Həzrət Məhəmməd(s.ə.s)-in mirasidir. Əgər bu irs canlanarsa, İslam İctimaiyyətinin birləşməsinə səbəb olmaqla yanaşı, İslam İctimaiyyəti dünyanı bürümüş olar.
İslam Vəhdəti Konfransı dünən bazar ertəsi günü Ankarada işə başlayıb. Konfransa 100-dən çox dini şəxsiyyət qatılıb.