Türkiyədə XDP-nin sabiq sədrinin mühakiməsi başlanıb
İyul 05, 2017 15:30 Asia/Baku
Türkiyənin məhkəmə hakiimiyyəti PKK üçün terror təbliğatı aparmaq ittihamı ilə Xalqların Demokratik Partiyasının sabiq sədrinin mühakiməsinə başlayıb.
Əlaləm-in məlumatına görə, Figən Yüksəkdağ bu gün məhkəmədə deyib ki, onun mühakiməsi siyasidir və Türkiyədə məhkəmə sistemi Ədalət və İnkişaf Partiyasının hökmranlığı altındadır.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan dəfələrlə Xalqların Demokratik Partiyasını PKK-nın siyasi qolu adlandırıb və bu partiyanın nümayəndələrinin terrorizmə dəstək vermək ittihamı ilə mühakimə olunmalarını istəyib.
Xalqların Demokratik Partiyasının başçılarından olan Figən Yüksəkdağ və Səlahəddin Demirtaş bu partiyanın bir qrup nümayəndəsilə yanaşı 2016-cı ilin noyabrında həbs olunub.
Teqlər