HDP-nin sabiq sədrinin mühakiməsi
https://azeri.sahartv.ir/news/türkiyə-i275334-hdp_nin_sabiq_sədrinin_mühakiməsi
Türkiyənin ədliyyə qurumu PKK üçün terror təbliğatını genişləndirmək ittihamı ilə HDP-nin sabiq sədrinin mühakiməsinə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2017 07:10 Asia/Baku
  • 
HDP-nin sabiq sədrinin mühakiməsi
    HDP-nin sabiq sədrinin mühakiməsi

Türkiyənin ədliyyə qurumu PKK üçün terror təbliğatını genişləndirmək ittihamı ilə HDP-nin sabiq sədrinin mühakiməsinə başlayıb.

Figən Yüksəkdağ məhkəmədə deyib: Mühakiməsi siyasi xarakter daşıyır və Türkiyədə ədliyyə strukturu ölkəyə hakim Ədalət və İnkişaf partiyasının nəzarəti altındadır. 

Yüksəkdağ əlavə edib: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə nəzarəti ələ keçirib. Belə ki, danışmağa cəsarəti çatan hər bir şəxs terrorçu hesab olunur. Türkiyə hökuməti HDP-ni suçlayıb ki, PKK-nin siyasi qoludur. 

Qeyd edək ki, Xalqların Demokartik Partiyası HDP Türkiyə parlamentində üçüncü siyasi güc hesab olunur.