Ərdoğan: Türkiyə Qətərdəki hərbi bazasını bağlamayacaq
https://azeri.sahartv.ir/news/türkiyə-i275440-Ərdoğan_türkiyə_qətərdəki_hərbi_bazasını_bağlamayacaq
Türkiyə prezidenti Ankaranın Qətərdəki hərbi bazasını bağlamayacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 05:32 Asia/Baku
  • Ərdoğan: Türkiyə Qətərdəki hərbi bazasını bağlamayacaq
    Ərdoğan: Türkiyə Qətərdəki hərbi bazasını bağlamayacaq

Türkiyə prezidenti Ankaranın Qətərdəki hərbi bazasını bağlamayacağını bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün Ankarada Türkiyənin Qətərdəki hərbi bazasının bağlanmasını istəyən Ərəbistan, BƏƏ, Bəhreyn və Misirin tələblərinə işarə edərək, deyib: Türkiyə heç vaxt bu 4 ərəb ölkəsinin istəyinə boyun əyməyəcək. 

Ərdoğan Qətər böhranına işarə edərək, deyib: Ərəbistan, BƏƏ, Bəhreyn və Misirin Qətər qarşısında qoyuduğu 13 tələb məntiqdən uzaq olmaqla yanaşı, Qətərin milli hakimiyyətinə qarşı yönəlmiş tələblərdir.