Ərdoğan Almaniyaya gedir; G20 iclasında iştirak üçün
https://azeri.sahartv.ir/news/türkiyə-i275470-Ərdoğan_almaniyaya_gedir_g20_iclasında_iştirak_üçün
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniya rəsmiləri ilə bir neçə gün davam edən çəkişmələrin ardınca G20 sammitində iştirak etmək üçün Hamburqa səfər edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2017 08:24 Asia/Baku
  • Ərdoğan Almaniyaya gedir; G20 iclasında iştirak üçün
    Ərdoğan Almaniyaya gedir; G20 iclasında iştirak üçün

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniya rəsmiləri ilə bir neçə gün davam edən çəkişmələrin ardınca G20 sammitində iştirak etmək üçün Hamburqa səfər edib.

İRNA-nın məlu matına görə, Ərdoğanın Hamburqa səfəri Almaniya rəsmilərinin onun Almaniyada yaşayan türklər qarşısındakı çıxış proqramını ləğv etmələrinə görə, qalmaqallı bir səfərə çevirib. 

Həmçinin, Türkiyədə ölkə konstitusiyasına dəyişikliyin edilməsi üzrə keçirilən referendum ərəfəsində Ankara - Berlin münasibətlərində yaranan gərginlik daha sonra iki ölkə başçıları tərəfindən qarşılıqlı formada səsləndirilən tənqidlər iki ölkə əlaqələrinin daha da korlanmasına səbəb olub. 

Ərdoğan G20 sammitində iştirakdan öncə Almaniya kansleri Angela Merkel ilə görüşməlidir. 

G20 sammiti cümə və şənbə günləri Hamburq şəhərində keçirilməlidir.