Türkiyə baş naziri yunan sakinli tərəfi tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i275626-türkiyə_baş_naziri_yunan_sakinli_tərəfi_tənqid_edib
Türkiyə baş naziri deyib: Kipr Sülh Müzakirələrində Türkiyənin müzakirə heyətinin səyi və xoşməramlılığına baxmayaraq, yunan sakinli tərəf konstruktiv mövqe sərgiləməyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2017 15:38 Asia/Baku
  • Türkiyə baş naziri yunan sakinli tərəfi tənqid edib
    Türkiyə baş naziri yunan sakinli tərəfi tənqid edib

Türkiyə baş naziri deyib: Kipr Sülh Müzakirələrində Türkiyənin müzakirə heyətinin səyi və xoşməramlılığına baxmayaraq, yunan sakinli tərəf konstruktiv mövqe sərgiləməyib.

Frans Pressin məlumatına görə, Binəli Yıldırım jurnalistlərə verdiyi açıqlamada 10 günlük Kipr sülh müzakirələrinin nəticəsiz sona çatmasına reaksiyada bu müzakirələrin nəticəsiz qalmasından təəssüflənib: Türkiyə və Kiprin türk sakinli tərəfi bu müzakirələrdə lazım olan tam sədaqətlə çalışdı.

Türkiyə baş naziri deyib: Türkiyə Kiprin türk sakinli hissəsini müdafiə etmək üçün bütün beynəlxalq potensiallardan istifadə edəcək. BMT və ya digər qurumların davamlı, ədalətli və bərabər bölgüyə əsaslanan həll yolunu istədiyi zaman konstruktiv müzakirələrə hazırdır.

10 gün müddətinə İsveçrənin Krans Montana şəhərində keçirilən Kipr Sülh Konfransı cümə axşamı günü nəticəsiz sona çatıb.

Bildirilir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə bildiriblər ki, Kipr sülh müzakirələrinin bu turu müzakirələrin son turudur və anlaşmanın əldə olunması və ya həll yolunun təqdim edilməsi qərara alınıbsa, elə bu turda irəli sürülməlidir.

1974-cü ildə Afina və Ankara arasında ixtilaf və hərbi qarşıdurmalardan sonra Kipr türk sakinli (şimal) yunan sakinli (cənub) hissələrə ayrıldı. Kiprin yunan sakinli hissəsi BMT tərəfindən müstəqil ölkə olaraq rəsmən tanınıb və Avropa Birliyinə üzvdür. Lakin şimal, türk sakinli hissəsi sadəcə Türkiyə tərəfindən ölkə olaraq rəsmən tanınıb.