Türkiyədə onlarla nəfər polis tərəfindən saxlanılıb
https://azeri.sahartv.ir/news/türkiyə-i275954-türkiyədə_onlarla_nəfər_polis_tərəfindən_saxlanılıb
Türkiyənin təhlükəsizlik qüvvələri informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən onlarla nəfəri 2016-cı il dövlət əleyhinə uğursuz çevriliş cəhdində yer almaqda ittiham və həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 11, 2017 12:37 Asia/Baku
  • Türkiyədə onlarla nəfər polis tərəfindən saxlanılıb
    Türkiyədə onlarla nəfər polis tərəfindən saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən onlarla nəfəri 2016-cı il dövlət əleyhinə uğursuz çevriliş cəhdində yer almaqda ittiham və həbs edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 52 nəfəri həbs edib. Bu şəxslər müxtəlif şəhərlərdə həyata keçirilən əməliyyatlar zamanı saxlanılıb.

Türkiyə məhkəməsi ötən il dövlət əleyhinə uğursuz çevriliş cəhdində yer almaq və Gülən hərəkatı ilə əməkdaşlıq etmək ittihamı ilə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 105 nəfər barəsində həbs qərarı çıxardıb.

Dünən də Türkiyə məhkəməsi universitet işçilərindən olan 72 nəfər barəsində həbs qərarı çıxardıb.

Müxaliflərin dövlət çevrilişinə uğursuz cəhd planında yer alması ittihamı ilə həbs edilməsi Türkiyədə adi hala çevrilib və 2016-ci ildə dövlət əleyhinə uğursuz çevriliş cəhdinin ardınca, indiyə kimi 130 minə yaxın adam tutduğu vəzifədən kənarlaşdırılıb və ya həbs edilib.