İyul 13, 2017 09:08 Asia/Baku
  • CHP-nin rəhbər üzvlərindən olan onlarla nəfər həbs edildi
    CHP-nin rəhbər üzvlərindən olan onlarla nəfər həbs edildi

Gülən hərəkatı ilə əməkdaşlıqda ittiham edilən onlarla universitet müəllimi və Cümhuriyyət Xalq Partiyasının(CHP) rəhbər üzvlərindən olan bir neçə nəfəri Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İRİB-nin verdiyi məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri 47 nəfəri o cümlədən Boğaz İçi Universitetinin professoru və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun müşaviri Koray Çalışkanı həbs edib. Saxlanılan şəxslər Fətullah Gülən ilə yaxın əlaqələrə malik olmaqda ittiham edilirlər.

Koray Çalışkan bir müddət öncə öz şəxsi Tvitter hesabında Fətullah Gülən barəsində xoş fikirlər səsləndirib və Gülənin terrorçu olmadığını deyib. 

Teqlər