İyul 13, 2017 17:10 Asia/Baku
  • Türkiyədə terror hücumunda şübhəli bilinən onlarla nəfər saxlanıldı
    Türkiyədə terror hücumunda şübhəli bilinən onlarla nəfər saxlanıldı

Türkiyə polisi ötən il İstanbulda törədilən partlayışlarla əlaqədar şübhəli bilinən kürd əsilli 44 nəfərin həbs edilməsindən xəbər verib.

APTN-in verdiyi məlumata görə, İstanbul valisi  Vasip Şahin cümə axşamı deyib: Saxlanılan şəxslərdən biri ötən ilin dekabrında İstanbulda futbol stadionu yaxınlığında 46 nəfərin ölümünə yol açmış terror aktını planlaşdırmaqda şübhəli bilinən şəxsdir. 

Bu məlumata görə, bu şəxs terror aktından bir neçə dəqiqə öncə partlayıcı maddəni bir avtomobilə yerləşdirib. 

Vasip Şahinin dediyinə görə, ikinci şübhəli şəxs ötən iyun ayının sonlarında İstanbulda Türkiyə polisinin xüsusi təyinatlı qüvvələrini daşıyan avtobusun hərəkət etdiyi yolda park edilmiş avtomobilə quraşdırılan partlayıcı qurğunun işə salınmasında baş şübhəli sayılır. Bu hadisədə 11 nəfər həyatını itirmişdi. 

Kürdüstanın Azadlıq Şahinləri adlı qeyri-qanuni silahlı qruplaşma PKK terror təşkilatının nəzdində fəaliyyət göstərən bir qruplaşma olaraq bu terror aktının məsuliyyətini öz üzərinə götürmüşdü. 

İstanbul valisi  həmçinin, deyib: Türkiyə polisinin İstanbul və daha 4 şəhərdə kürd yaraqlılarının sığınacaqlarına qarşı həyata keçirdiyi əməliyyatlar bir çox terror hücumunun qarşısını alıb. 

Teqlər