Ərdoğan sionist rejimə xəbərdarlıq etdi
-
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti sionist rejim başçısı ilə telefon danışığında bu rejim tərəfindən fələstinli etirazçıların terrorçu adlandırılmasına qarşı olduğunu bildirib.
İSNA-nın məlumatına görə, Türkiyə prezidenti Afrikada Səhiyyə Beynəlxalq Konfransında Rivlinlə telefon əlaqəsində ondan fələstinli namazqılanların Məscidül-Əqsaya girişinin məhdudlaşdırılması ardınca, Beytül-Müqəddəsdə artan gərginliyin aradan qaldırılması istiqamətində addım atmasını istəyib.
Ərdoğanın sözlərinə görə, Rivlin bu istəyə cavabda iddia edib ki, biz terrorizmlə mübarizə aparırıq. Onun bu sözü isə Ərdoğanın etirazı ilə üzləşib.
"Rivlinə bildirdim ki, dini atributlarını qoruduğuna görə, Məscidül-Əqsanın öncüllərini terrorçu adlandırmaq olmaz və Türkiyə bu məsələni heç vaxt qəbul etməyəcək" -deyə Ərdoğan bildirib.