Ərdoğan: Almaniya Türkiyənin daxili işlərinə müdaxilə haqqına malik deyil
-
Ərdoğan: Almaniya Türkiyənin daxili işlərinə müdaxilə haqqına malik deyil
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Almaniyanın ölkəsinin daxili məsələlərinə müdaxilə haqqının olmadığını dedi
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan bu gün bazar Fars körfəzi ətrafında yerləşən ölkələrə səfər etməzdən öncə deyib: Türkiyə sosial-demokrat ölkədir və heç bir ölkə onun daxili işlərinə müdaxilə haqqına malik deyil.
Ərdoğanın Fars körfəzi ölkələrinə turnesinin məqsədi Qətər və 4 ərəb ölkəsi arasında yaranmış gərginliyi azaltmaqdır. Ərəbistan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətəri terrorizmi himayə etməkdə ittiham edirlər.
Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Almaniya şirkətlərinin Türkiyədə sərmayə qoymaları barədə xəbərdarlıq edərək, iki ölkə əlaqələrinin yenidən nəzərdən keçirilməsindən söz açıb.
Ankara və Berlin münasibətləri ötən bir neçə gündə Türkiyədə Almaniya vətəndaşlarının həbs edilməsi hallarının artmasının ardınca daha da gərginləşib.
Türkiyə Almaniyanı kürd terrorçularına sığınacaq verməkdə və 15 iyul 2016-cı il dövlət çevrilişinə uğursuz cəhdin arxasında duran isimləri himayə etməkdə ittiham edir.