Türkiyə səfiri əlaqələrin əhəmiyyətini vurğulayıb
https://azeri.sahartv.ir/news/türkiyə-i277360-türkiyə_səfiri_əlaqələrin_əhəmiyyətini_vurğulayıb
Türkiyənin İrandakı səfiri iki ölkə əlaqələrinin inkişaf etməkdə olduğunu bildirib və deyib: Türkiyə və İran qarşılıqlı əlaqələrə böyük dəyər verirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2017 07:37 Asia/Baku
  • Rza Hakan Təkin
    Rza Hakan Təkin

Türkiyənin İrandakı səfiri iki ölkə əlaqələrinin inkişaf etməkdə olduğunu bildirib və deyib: Türkiyə və İran qarşılıqlı əlaqələrə böyük dəyər verirlər.

Rza Hakan Tekin İran qəzetinə verdiyi açıqlamada iki ölkə arasında fikir ixtilaflarının kəskin olmadığını deyib və iki ölkənin qarşılıqlı əlaqələrin əhəmiyyətini dərk etdiklərini xatırladıb. 

Türkiyənin Tehrandakı səfiri ölkəsinin İran və Səudiyyə Ərəbistanına rəqib kimi baxmadığını bildirərək deyib: Rəsmi Ankara Tehran və Ər-Riyadı öz ortağı hesab edir. 

Rza Hakan Təkin Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasındakı əlaqələrdə yaranmış böhrana münasibət bildirərək deyib: Türkiyə iki ölkə arasında ixtilafların həll edilməsini istəyir. 

Türkiyənin İİR-dakı səfiri İran prezidenti Həsən Ruhaninin İranın baxışı regionda ən güclü olmaq yerinə güclü region səmtinə hərək etməkdən ibarət olduğuna dair açıqlaması barədə deyib: Türkiyə İran İslam Respublikasının bu baxışı ilə razılaşır. 

Rza Hakan Təkin Astana müzakirələrinin İran və Türkiyənin regional böhranlarda əməkdaşlığının uğurlu nümunəsi adlandıraraq deyib: İran İslam Respublikası və Türkiyə biri-birinin kənarında hər bir işin öhdəsindən gələ biləcək misilsiz potensial yaradırlar.