Sabiq ədliyyə naziri Türkiyə dövlətinin sözçüsü oldu
https://azeri.sahartv.ir/news/türkiyə-i277482-sabiq_ədliyyə_naziri_türkiyə_dövlətinin_sözçüsü_oldu
Türkiyə baş nazirinin hazırkı müavini və sabiq ədliyyə naziri Bəkir Bozdağ Türkiyə hökumətinin yeni sözçüsü seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2017 05:04 Asia/Baku
  • Sabiq ədliyyə naziri Türkiyə dövlətinin sözçüsü oldu
    Sabiq ədliyyə naziri Türkiyə dövlətinin sözçüsü oldu

Türkiyə baş nazirinin hazırkı müavini və sabiq ədliyyə naziri Bəkir Bozdağ Türkiyə hökumətinin yeni sözçüsü seçilib.

İRNA-nın məlumatına görə, bundan öncə baş nazir müavini və dövlət sözçüsü Nüman Kurtulmuş idi. Nazirlər Kabinetinə edilən dəyişikliklər zamanı öz yerini Bəkir Bozdağa verən Nüman Kurtulmuş mədəniyyət və turizm naziri seçilib.

Ötən çərşənbə günü Türkiyənin baş naziri Binəli Yıldırım Nazirlər Kabinetində dəyişikliklər həyata keçirdi. Bu dəyişikliklər zamanı 6 nəfər öz vəzifəsindən kənarlaşdırılmış və 5  yeni isim Nazirlər Kabinetinə daxil edilmişdi. Bir sıra nazir və dövlət rəsmiləri arasında isə yerdəyişmələr aparılmışdır.