Türkiyədə 5 nəfər İŞİD ilə əməkdaşlıqda ittiham və həbs edildi
İyul 25, 2017 06:57 Asia/Baku
Türkiə polisi Qazıantəpdə həyata keçirdiyi əməliyyatda 5 nəfəri İŞİD terror qruplaşması ilə əmək daşlıq etməkdə ittiham və həbs edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Qazıantəp valiliyi bazar ertəsi günü bir bəyanat yayaraq, bildirib: İŞİD ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 5 nəfər məhkəmə orqanlarının göstərişi əsasında terrorizm ilə mübarizə qüvvələri və xüsusi əməliyyat qüvvələri tərəfindən həyata keçirilən birgə əməliyyat zamanı saxlanılıb.
Türkiyə polisi həmçinin, bu 10 nəfərin yaşadığı məkana və iş yerlərinə baxış keçirdiyi zaman 10 ədəd tüfəng, 3 ədəd tapança, partlayıcı qurğuların hazırlanmasında istifadə edilən 5 ton 100 kiloqram amoniyum nitrat, çoxlu sayda patron və 2 ədəd ov tüfəngi aşkar və zəbt edib.
Teqlər